19 C
Baku
Saturday, May 25, 2024

BVF Azərbaycanın yerləşdiyi regionun iqtisadi artım proqnozunu açıqlayıb

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın da yerləşdiyi Orta Şərq və Mərkəzi Asiya regionunun iqtisadi artım proqnozunu yeniləyib.

Bu barədə Beynəlxalq Valyuta Fondunun “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatının yenilənmiş yanvar sayında bildirilib.

Proqnoza görə, region üzrə iqtisadi artım 2022-ci ildəki 5.3%-dən bu il 3.2%-ə kimi azalacaq. Bu proqnoz Beynəlxalq Valyuta Fondunun ötən ilin oktyabr ayında açıqladığı proqnozdan 0.4% bəndi azdır. Bu isə Səudiyyə Ərəbistanında iqtisadi artımın 2022-ci ildəki 8.7%-dən 2023-cü ildə 2.6% qədər azalması ilə bağlıdır. 2023-cü il üçün reytinqin aşağı salınması əsasən Səudiyyə Ərəbistanın OPEC+ vasitəsilə əldə olunan razılaşmaya uyğun olaraq neft hasilatının azaldılması ilə bağlıdır, ölkənin qeyri-neft sektorunda artımın isə davam edəcəyi bildirilib.

Beynəlxalq Valyuta Fondu 2024-cü il üzrə isə Orta Şərq və Mərkəzi Asiya üzrə iqtisadi artımı 3.7% proqnozlaşdırıb ki, bu da əvvəlki proqnozdan 0.2% bəndi çoxdur.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər