BVF: Azərbaycan-Ermənistan sülh razılaşması regiona sərmayələri artıracaq

Azərbaycanla Ermənistan arasında sülh razılaşması Gürcüstandan yan ötməklə yeni ticarət marşrutlarının yaranmasına gətirib çıxara, eyni zamanda bütövlükdə regiona daha çox sərmayə cəlb edə bilər.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) missiyasının Gürcüstan iqtisadiyyatı üzrə dərc etdiyi qiymətləndirməsində bildirilib.

Sənəddə qeyd olunub ki, Yaxın Şərqdə münaqişənin eskalasiyası Gürcüstana İsrail və Fars körfəzi ölkələrindən turist axınlarının qarşısını ala, inflyasiyanı artıra və maliyyə şərtlərini ağırlaşdıra bilər.

“Lakin daha uzun sürən münaqişə maliyyə və turizm axınlarının Gürcüstana yönləndirilməsinə və Orta Dəhliz boyunca tranzitin artmasına da səbəb ola bilər. Ukraynada münaqişənin sülh yolu ilə həlli miqrasiya, maliyyə axınları və tranzit ticarətindən əldə edilən bəzi mənfəətləri aradan qaldıra, eyni zamanda daha geniş regional sabitliyə və etimada imkan yarada bilər”, – sənəddə deyilir.

Qiymətləndirmədə o da vurğulanıb ki, Avropa İttifaqı ilə münasibətlərdəki çətinliklər Gürcüstanda investorların əhvalını və birbaşa xarici investisiyaları zəiflədə bilər, BƏƏ investoru tərəfindən daşınmaz əmlak sahəsində planlaşdırılan 6,6 milyard ABŞ dolları dəyərində layihə isə artım və məşğulluq üçün əhəmiyyətli potensiala malikdir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər