9 C
Baku
Monday, November 18, 2024

BVF Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu yüksəldib

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycan iqtisadiyyatı 2,8% artacaq.

Fondun “World Economıc Outlook” hesabatının aprel buraxılışına verdiyi məlumata görə, 2023-ci ildə isə 2,6%-lik artım gözlənilir.

Qeyd edək ki, BVF-nin oktyabr proqnozunda 2022-ci il üçün 2,3%-lik artım vəd edilirdi.

Digər proqnozlara gəldikdə, Azərbaycan İqtisadiyyat Nazirliyinə görə, bu il ölkədə real ÜDM artımı 3,9%, Asiya İnkişaf Bankının gözləntisinə görə isə ÜDM 3,7% artacaq. Dünya Bankının son proqnozuna görə isə real böyümə 2,7% təşkil edəcək.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 5,6% artıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər