Azərbaycan üçün 2021-ci ildə bir barel neftin fiskal itkisiz qiyməti (fiscal breakeven oil price – red.) 82,5 ABŞ dolları təşkil edəcək.
Bu barədə Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi “Regional Economic Outlook” hesabatının aprel buraxılışında deyilir.
Bu, keçən ilin oktyabr ayındakı proqnoz ilə müqayisədə 15,1 dollar çoxdur.
Bildirilib ki, 2022-ci ildə isə Azərbaycan üçün neftin itkisiz qiyməti 66,4 dollar təşkil edəcək.
Qeyd edək ki, “itkisiz qiymət” səviyyəsi ölkənin maliyyə itkilərinin və mənfəətinin yaxınlaşdığı və tarazlıqda olduğu qiymət nöqtəsidir.
Xatırladaq ki, Azərbaycanın 2021-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollar nəzərdə tutulub.