7 C
Baku
Thursday, December 12, 2024

BVF Azərbaycanda inflyasiya proqnozunu 10.3%-ə qədər endirib

Beynəlxalq Valyuta Fondu (BVF) bu il Azərbaycanda inflyasiya proqnozunu yeniləyib.

Fond bu il Azərbaycanda inflyasiya proqnozunu 11.3%-dən 10.3%-ə qədər endirib.

BVF hesab edir ki, 2024-cü ildə Azərbaycanda istehlak qiymətləri indeksi 5.6%-ə qədər enəcək. Bu isə Fondun əvvəlki proqnozundan 2.4% bəndi azdır.

BVF 2028-ci ildə isə Azərbaycanda inflyasiyanın 4%-ə enəcəyini müəyyən edib.

Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2023-cü ilin yekunları üzrə orta illik inflyasiyanı 9.5%, 2024-cü il üçün 5.3%, 2025-ci il üçün 4.9% proqnozlaşdırıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər