Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanda inflyasiyanın 2025-2029-cu illərdə Mərkəzi Bankın hədəf diapozununda (4±2%) qalacağını proqnozlaşdırıb.
Fond 2025-ci il üzrə Azərbaycanda inflyasiyanın 5,7%, 2026-cı ildə 4,5%, 2027-2029-cu illərdə isə 4% təşkil edəcəyini müəyyən edib. Fond 2025-ci il üzrə proqnozunu əvvəlki proqnozla (2024,oktyabr) müqayisədə 0,7% bəndi artırıb.
IMF inflyasiyanın AMB-nin hədəf diapazonunda sabit qalacağı proqnozlaşdırıldığından monetar siyasəti sabit saxlamağı tövsiyə edib: Son dövrlərdə inflyasiyanın artımı, tənzimlənən qiymətlərdəki düzəlişi bir qədər əks etdirir. Hazırkı və proqnozlaşdırılan inflyasiyanı nəzərə alaraq, AMB-nin uçot dərəcəsi real mənada ümumilikdə neytral olaraq qalır. Lakin həm daxili (büdcə xərclərinin artması və güclü kredit artımından irəliləyən tələbat təzyiqləri), həm də xarici (geosiyasi gərginliklər, qlobal təchizat zəncirlərinin pozulması) inflyasiya riskləri mövcuddur. Mərkəzi Bank bu riskləri yaxından izləməli, diqqətli olmalı və bu risklər reallaşarsa, reaksiya verməyə hazır olmalıdır”.