Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda iqtisadi artımın 2028-ci ilə kimi 2,3% təşkil edəcəyini proqnozlaşdırıb.
Bu, BVF-nin İcraiyyə Şurasının Azərbaycan hökuməti ilə IV maddə üzrə məsləhətləşmələrin yekunlarına əsaslanan qiymətləndirməsində (2023-cü ilin noyabr ayında aparılıb – İF) öz əksini tapıb.
Fondun qiymətləndirmələrinə görə, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 4,7%-dək azalacaq, 2025-ci ildə 5%-ə qədər artacaq, 2026-cı ildə 4,5%-dək, 2027-2028-ci illərdə isə 4%-dək azalacaq.
BVF hesab edir ki, ölkənin yüksək neft qiymətləri ilə dəstəklənən xarici mövqeyi xarici ticarətin müsbət saldosu və valyuta ehtiyatlarının artması hesabına güclü olaraq qalacaq.