12 C
Baku
Saturday, November 23, 2024

BVF Azərbaycanın da daxil olduğu CCA ölkələri üzrə iqtisadi proqnozunu açıqlayıb

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın da daxil olduğu Qafqaz və Mərkəzi Asiyanın (CCA) neft və qaz ixrac edən ölkələri üzrə iqtisadi proqnozunu açıqlayıb.

Bu barədə BVF-nin “Regional İqtisadi Baxış: Yaxın Şərq və Mərkəzi Asiya” hesabatında məlumat yer alıb.

BVF-nin proqnozuna görə, bu il real ümumdaxili məhsulun (ÜDM) artımı 2,6% 2023-cü ildə isə 3,8% civarında gözlənilir. ÜDM-in qeyri-neft sektoru üzrə artımı bu il üçün 3,5%, 2023-cü il üzrə isə 3,2% müəyyən edilib. Fondun proqnozuna görə, cari əməliyyatlar balansının artımı (CƏB) bu il üzrə 8,3%, gələn il üçün 7,3%, ümumi fiskal balansın artımı isə müvafiq olaraq 2,1% və 2,6% təşkil edəcək.

BVF bu ölkələr üzrə 2022-ci ildə orta illik inflyasiyanı 14,1%, 2023-cü ildə isə 11,1% proqnozlaşdırıb.

Qeyd edək ki, CCA-nın neft və qaz ixrac edən ölkələrinə Azərbaycan, Qazaxıstan və Türkmənistan daxildir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər