12 C
Baku
Saturday, November 23, 2024

BVF Azərbaycanın daxil olduğu regionun iqtisadi artım proqnozunu açıqlayıb

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın da daxil olduğu Orta Şərq və Mərkəzi Asiya ölkələri üzrə iqtisadi artım proqnozunu açıqlayıb.

Fond sözügedən ölkələrdə iqtisadi artımın 2023-cü ildəki 2%-dən 2024-cü ildə 2,9%-ə və 2025-ci ildə isə 4,2%-ə yüksələcəyini proqnozlaşdırıb. Bu BVF-nin 2023-cü ilin oktyabr proqnozu ilə müqayisədə müvafiq olaraq 0,5 faiz bəndi az və 0,3 faiz bəndi çoxdur.

 

BVF həmçinin, qlobal iqtisadi artımın 2024-cü ildə 3,1 faiz və 2025-ci ildə 3,2 faiz olacağı proqnozlaşdırıb.

Son xəbərlər
Digər xəbərlər