17 C
Baku
Saturday, May 18, 2024

BVF Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunu pisləşdirib

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan iqtisadiyyatının 2022-ci ildə 3.7%, 2023-cü ildə isə 2.5% artacağını proqnozlaşdırır.

Banker.az bunu BVF-nin qlobal iqtisadiyyatın inkişaf perspektivlərinə dair dünən açıqladığı oktyabr hesabatına istinadla bildirilir.

BVF tərəfindən açıqlanan iyul hesabatında Azərbaycan iqtisadiyyatının 2022-ci ildə 3.8%, 2023-cü ildə isə 2.6% artacağını proqnozlaşdırmışdı.

Bununla da BVF Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozunu illər üzrə müvafiq olaraq hər birində 0.1 faiz bəndi azaldıb.

Fond 2022-ci ildə Azərbaycanda istehlak qiymətləri indeksi 12.2% (iyul proqnozu – 12,3%), 2023-cü ildə isə 10.8% olacağını gözləyir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər