Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu il Azərbaycanın gündəlik xam neft ixracı 540 min barel təşkil edəcək ki, bu da 2020-ci illə müqayisədə 6,9% azdır.
Bu barədə Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi “Regional Economic Outlook” hesabatının aprel buraxılışında deyilir.
2022-ci ildə neft ixracının gündəlik 500 min barelə qədər enəcəyi proqnozlaşdırılır.
Beləliklə, Fondun hesablamalarına görə, 2021-ci ildə ölkədə proqnozlaşdırılan gündəlik hasil olunan neftin 79,4%-i, 2022-ci ildə isə 75,6%-i ixraca yönəldiləcək.
Qeyd edək ki, Fondun məlumatına görə, ötən il Azərbaycan gündəlik 580 min barel xam neft ixrac edib. Azərbaycan Energetika Nazirliyinin məlumatına görə isə, ölkə ümumilikdə 28,4 mln. ton (208,2 mln. barel) neft xaricə nəql edib.