Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın da yerləşdiyi Orta Şərq və Mərkəzi Asiya regionunun iqtisadi artım proqnozunu yeniləyib.
Bu barədə Beynəlxalq Valyuta Fondunun hesabatında bildirilib.
BVF region üzrə iqtisadi artım proqnozunu 2023-cü il üzrə 2,5%, 2024-cü il üzrə isə 3,2% müəyyən edib. Bu isə Fondun aprel proqnozu ilə müqayisədə müvafiq olaraq 0,4% və 0,3% azdır.
Regionda iqtisadi artımla bağlı proqnoz Səudiyyə Ərəbistanında iqtisadi artımın 2022-ci ildəki 8,7%-dən 2023-cü ildə 1,9%-ə qədər azalması ilə bağlıdır. 2023-cü il üçün reytinqin aşağı salınması əsasən Səudiyyə Ərəbistanın OPEC+ vasitəsilə əldə olunan razılaşmaya uyğun olaraq neft hasilatının azaldılması ilə bağlıdır. Ölkənin qeyri-neft sektorunda artımın isə davam edəcəyi bildirilib.