BVF Çinin 2026-cı il üzrə iqtisadi artım proqnozunu 4,5%-ə endirib

Beynəlxalq Valyuta Fondu (BVF) 2026-cı ilin yekunları üzrə Çin iqtisadiyyatının artım proqnozunu 4,5%-ə endirib. Bu barədə fondun oktyabr ayında dərc olunan World Economic Outlook hesabatında bildirilir.

Daha əvvəl BVF Çin iqtisadiyyatının bu il 4,6% böyüyəcəyini proqnozlaşdırırdı. Fond qeyd edib ki, dünya bazarında neft qiymətlərinin yüksək qalması, davam edən qeyri-müəyyənlik və struktur maneələr iqtisadi fəallığa təsir göstərə bilər.

BVF-nin 2027-ci il üzrə proqnozuna əsasən, Çin ÜDM-i 4% artacaq.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər