8 C
Baku
Monday, November 18, 2024

BVF: Dövlət Neft Fondunun aktivləri 82 milyard dollara çatacaq

2028-ci ilədək Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin 82.076 milyard dollara qədər artacaq. 2021-ci ilin yekunları üzrə ARDNF-in aktivlərinin 45.025 milyard dollar olduğunu nəzərə alsaq bu, 2022-2027-ci illərdə Dövlət Neft Fondunun aktivlərinin 82.3% artması deməkdir.

Bu proqnozlar BVF-nin Azərbaycan hökuməti ilə mayın 25-dən iyunun 7-dək IV maddə üzrə aparılmış məsləhətləşmələrin yekunlarına dair bəyanatında deyilib.

BVF-nin proqnozlarına görə, 2022-ci ilin yekunları üzrə Dövlət Neft Fondunun aktivləri 53.426 milyard dollara(2021-ci illə müqayisədə artım 18.7%), 2023-cü ilin yekunları üzrə 62.168 milyard dollara, 2024-cü ilin yekunları üzrə isə 70.742 milyard dollara çatacaq.

ARDNF-in aktivləri 2025-ci il üzrə 76.58 milyard, 2026-cı ildə 79.84 milyard, 2027-ci ildə 82.076 milyard dollar olacaq.

“Azərbaycan iqtisadiyyatı Ukraynada müharibə nəticəsində enerji daşıyıcılarının qiymətinin daha yüksək olmasından qazanır. Enerji daşıyıcılarının qiymətinin bahalaşmasının və Avropaya qaz ixracının həcminin potensial artımının ortamüddətli perspektivdə ixracı, büdcə gəlirlərini artıracağı proqnozlaşdırılır. Proqnozlara görə, ARDNF-in aktivləri 2025-ci ildə ÜDM-in 100%-nə çatacaq”, – deyə fondun şərhlərində vurğulanır.

BVF-nin qiymətləndirmələrinə görə, 2022-ci ildə Azərbaycan neftinin bir barelinin qiyməti 108.5 dollar, 2023-cü ildə 96.5 dollar, 2024-cü ildə 85.7 dollar, 2025-ci ildə 78.7 dollar, 2026-cı ildə 74.4 dollar, 2027-ci ildə 72.2 dollar təşkil edəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər