21 C
Baku
Şənbə, Sentyabr 18, 2021

BVF iqtisadiyyatın bərpasına rekord $650 mlrd. ayırır

Screen Shot 2021 09 02 at 14.34.20

Beynəlxalq Valyuta Fondu (BVF) dünya iqtisadiyyatının bərpasına rekord 650 milyard dolların (456 milyard SDR) ayrılmasını təsdiq edib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirildiyi kimi, bu məbləğin 275 milyard dolları inkişaf etməkdə olan ölkələrə çatacaq.

“Bu, tarixi bir qərardır – BVF tarixində ən böyük SDR və misli görünməmiş böhran dövründə qlobal iqtisadiyyatın bərpası üçün ayırdığımız rekord məbləğ”, – deyə açıqlamada qeyd olunur.

Qərar avqustun 23-də qüvvəyə minəcək. Vəsait kvota nisbətində fonda üzv olan ölkələr arasında paylanacaq.

Xatırladaq ki, mart ayında BVF qlobal iqtisadiyyatın proqnozlaşdırılandan daha sürətli şəkildə canlandığını yazıb. Fondun bu cür perspektivləri əlavə büdcə stimulu və genişmiqyaslı vaksinasiya ilə əlaqəli olub. Buna baxmayaraq, iyul ayında fond dünyadakı vaksinasiya tempinin kifayət olmadığını açıqlayıb.

İyulun sonunda BVF dünya iqtisadiyyatının artım proqnozunu yenidən nəzərdən keçirib. Onun fikrincə, qlobal iqtisadiyyat bu il 6%, gələn il isə 4.9% artacaq. Cari il üçün ümumi təxmin dəyişməsə də, inkişaf etməkdə olan ölkələr üçün proqnoz 0.4 faiz bəndi və ya 6.3% endirilib.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər