9 C
Baku
Friday, December 13, 2024

BVF İordaniyaya gəlir vergisini təkmilləşdirməyi tövsiyə edib

Beynəlxalq Valyuta Fondu (BVF) İordaniyanın iqtisadi vəziyyəti ilə bağlı hesabatını ikinci dəfə nəzərdən keçirərək hökumətin gəlir vergisini yenidən tənzimləməli olduğunu tövsiyə edib. BVF bununla 2018-ci ildə ictimaiyyətin etirazına səbəb olmuş vergi islahatını yenidən gündəliyə gətirib. İordaniyanı gəlir vergisini yenidən tənzimləmyə təşviq edən BVF bunun ölkənin maliyyə siyasətinə ədalət və sabitlik gətirəcəyini bildirib. BVF-nin hesabatında iş xərclərini azaltmaq üçün struktur tənzimləməyə ehtiyac olduğu bildirilərək sərmayələrin artırılması yolu ilə yeni məşğulluq sahələrinin yaradılmasının zəruriliyi vurğulanıb.

İordaniyanın mərhələli və davamlı maliyyə böhranı içində olmasını “kritik” qiymətləndirən BVF diqqəti səhiyyə, təhsil və sosial xərcləmələr üçün gəlir vergisi ilə bağlı islahat aparmasına yönəldib. İordaniya ilə BVF arasında həyata keçirilən proqramın əsas hədəfi kreditin qarşılığı olaraq ölkənin maliyyə islahatları aparmaqla dövlət borcunu azaltması və struktur islahatlara getməsidir.

©Vergilər

Son xəbərlər
Digər xəbərlər