Beynəlxalq Valyuta Fondu İraqa 5,34 milyard dollarlıq proqramı təsdiqləyib.
Fond iyulun 7-də bildirib ki, üçillik kreditin 634 milyon dolları dərhal ayrılacaq.
Məlumata görə, bu vəsait İraqda ödənişləri balanslaşdıracaq, Bağdad borc öhdəliklərini yerinə yetirə biləcək, eləcə də yoxsulların qorunması, korrupsiyayla mübarizə məqsədilə tədbirlər görüləcək.
Ötən ilin iyulunda BVF İraqa 1,24 milyard dollar ayırmışdı.
Neftin ucuzlaşması və İslam Dövləti qruplaşmasıyla mübarizə İraq iqtisadiyyatına ciddi ziyan vurub.
Məlumat Azadlıq.org-a istinad edilib.