BVF-dan borc götürən 25 ölkəyə təşkilat qarşısındakı öhdəliklərini yerinə yetirmək üçün altı aylıq möhlət verilir. Müvafiq qərar qlobal kreditorun idarə heyəti tərəfindən qəbul edilib.
Banker.az bu barədə “Vesti.ru”ya istinadən məlumat verir.
Bununla yanaşı, fondun mesajında qeyd olunur ki, bundan sonra təşkilat ən azı daha 4 dövlətə güzəştə gedə bilər.
İlk mərhələdə ödənişlərin təxirə salınmasına 213 milyon dollar xərclənəcək. BVF-nun rəhbəri Kristalina Georgiyevanın daha əvvəl qeyd etdiyi kimi, ümumilikdə 500 milyon dollar qrant ayrılıb. Bu vəsait donor ölkələr tərəfindən təmin edilib: Böyük Britaniya, Yaponiya, Niderland, Çin və digərləri. BVF dövlətləri vəsait ayırmağa davam etməyə çağırır. Georgiyevanın sözlərinə görə, iki illik gecikməni təmin etmək üçün 1,4 milyard dollar tələb olunur.
BVF-nun planları bununla məhdudlaşmır. “Aşağı gəlirli ölkələrə (borcalanlara) kömək etmək üçün güzəştli kreditlərimizi üç dəfə artırmağı planlaşdırırıq. Bununla əlaqədar olaraq, yoxsulluğun azaldılması və iqtisadi artımın təşviqi üçün fonda 18 milyard dollar cəlb etməyi hədəfləyirik”, – BVF-nun mesajında deyilir.