13 C
Baku
Friday, November 22, 2024

BVF kvotaların 50% artırılaraq 960 mlrd. dollara çatdırılmasını təsdiqləyib

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbərlər şurası təşkilata üzv olan ölkələr üçün kvotaların həcminin 50% və ya 320 milyard dollar artırılmasını təsdiqləyib.

“Bu qərar fondun borc götürülmüş resurslardan asılılığını azaldır, kredit imkanlarımızda kvotaların əsas rolunu bərpa edir və qlobal maliyyə təhlükəsizliyi şəbəkəsinin mərkəzində BVF-nin rolunu gücləndirir. <…> Mən bu mühüm sazişin üzv dövlətlər tərəfindən vaxtında həyata keçirilməsini səbirsizliklə gözləyirəm,” – BVF-nin baş direktoru Kristalina Georgiyeva bildirib.

Kvotaların artırılması BVF-nin kreditlər üçün ayıra biləcəyi, təxminən 1 trilyon dollar olan vəsaitlərin ümumi səviyyəsini dəyişməyəcək. Qərar vəsaitlərin yenidən bölüşdürülməsinə imkan verəcək.

İnkişaf etməkdə olan ölkələrin nümayəndələri uzun illərdir ki, kvota formuluna yenidən baxılmasına nail olmağa çalışırlar. Onların iqtisadiyyatları son illərdə əhəmiyyətli dərəcədə artıb, lakin BVF-də kvotalar və səsvermə hüququ artmayıb. Yeni düzəliş ABŞ-ın siyasi təsirini azaldacaq və Çinin təsirini artıracaq səsvermə hüquqlarının yenidən bölüşdürülməsini nəzərdə tutmur.

Son xəbərlər
Digər xəbərlər