2 C
Baku
Saturday, December 14, 2024

BVF: Mərkəzi Bankın valyuta ehtiyatları hər il 200 milyon dollar artacaq

2028-ci ilə kimi Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 8.275 milyard dollara qədər artacaq.

Bu proqnozlar BVF-nin Azərbaycan hökuməti ilə mayın 25-dən iyunun 7-dək IV maddə üzrə aparılmış məsləhətləşmələrin yekunlarına dair bəyanatında deyilib. Qeyd edək ki, bu ilin 30 iyun tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları 7.371 milyard dollar (I yarımillikdə artım 4.2%) olub. Başqa sözlə, 2022-2027-ci illərdə AMB-nin ehtiyatları 12.2% artacaq.

BVF-nin proqnozlarına görə, 2022-ci ilin yekunları üzrə Mərkəzi Bankın valyuta ehtiyatları 7.275 milyard (2021-ci ilə nisbətən 2.8% çox) təşkil edəcək. Vurğulanıb ki, 2023-2027-ci illərdə AMB-nin valyuta ehtiyatlarının illik artımı 200 milyon məbləğində olacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər