12 C
Baku
Saturday, November 23, 2024

BVF Moldovanın digər Avropa ölkələrindən daha tez böhrandan çıxacağına ümid edir

Beynəlxalq Valyuta Fondu (BVF) ümid edir ki, Moldova iqtisadi böhrandan digər Avropa ölkələrinə nisbətən daha tez çıxacaq, çünki inflyasiya ilə onlardan daha tez üzləşib.

Bunu şənbə günü BVF-nin Avropa Departamentinin direktoru Alfred Krammer ölkə rəhbərliyi ilə görüşlərindən sonra “RliveTV” internet telekanalının efirində deyib.

“Biz Avropada iqtisadi artımın əhəmiyyətli dərəcədə yavaşladığını görürük. Moldova gələn il bu böhrandan bəlkə də Avropanın qalan hissəsindən bir qədər tez çıxacaq, çünki respublika digər Avropa ölkələrinə nisbətən inflyasiya ilə tez üzləşib. Ölkənizdə baza inflyasiyanın azalmağa başladığını müşahidə edirik”, – deyə A.Krammer bildirib.

Onun fikrincə, bu ona görə baş verib ki, Moldova Milli Bankı inflyasiyanın qarşısını almaq üçün lazımi tədbirləri Avropanın mərkəzi banklarından daha tez görüb.

Son xəbərlər
Digər xəbərlər