17 C
Baku
Saturday, May 18, 2024

BVF müharibədən sonra Ukraynanın bərpasına hazırlaşır

“Beynəlxalq Valyuta Fondu (BVF) Rusiyanın apardığı müharibədən sonra Ukraynanın bərpasına hazırlaşır”.

“RBK-Ukraina” xəbər verir ki, bunu BFV-nin icraçı direktoru Kristalina Georgiyeva bildirib.

Onun sözlərinə görə, fond artıq Ukraynaya 1,4 milyard dollar təcili maliyyə vəsaiti ayırıb və bu ölkənin təhlükəsiz maliyyələşdirilməsini davam etdirməyin yolunu təmin edən xüsusi hesab açıb: “Dünya təcrübəsindən bilirik ki, münaqişə inkişaf və rifahın düşmənidir. Yüsək qiymətə başa gələn müharibə çoxlu ölkəni şikəst edib və etməkdədir. Biz sülh, Ukraynaya və zərər görən bütün ölkələrə yardım üçün bütün imkanlardan istifadə etməliyik”

K.Georgiyeva deyib ki, BVF ukraynalı qaçqınları qəbul edən qonşu dövlətlərin dəstəklənməsi planı üzərində də işləyir.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər