Beynəlxalq Valyuta Fondu (BVF) 2022-2023-ci illər üçün dünyada neftin orta qiymətləri üzrə proqnozunu azaldıb.
Fond qeyd olunan göstərici üzrə proqnozunu iyulda verilən 103,88 ABŞ dollarından (bir barel üçün – red.) 98,2 dollara endirib.
Hesabata əsasən, 2023-cü il üçün neftin orta qiymətləri üzrə proqnoz 91,07 dollardan 85,52 dollaradək endirilib.
“Fyuçers bazarları göstərir ki, 2022-ci ildə neft qiymətləri 41,4% artaraq orta hesabla bir barel üçün 98,2 dollar olacaq, lakin sonrakı illərdə azalacaq və 2025-ci ildə 76,3 dollaradək enəcəklər”, – hesabatda bildirilib.
Eyni zamanda, fond ekspertləri qeyd edirlər ki, sanksiyalar və Rusiyanın onlara potensial cavabı qeyri-müəyyənliyi artırıb və neftin qiyməti ilə bağlı proqnozlar əhəmiyyətli dərəcədə yenidən nəzərdən keçirilə bilər.