16.5 C
Baku
Sunday, May 18, 2025

BVF: Neftin ucuzlaşması büdcəyə transfertləri sürətlə azaldır

“Manatın məzənnəsinin korreksiyası neftin ucuzlaşmasından sonra Azərbaycan iqtisadiyyatının sabitləşməsində həlledici rol oynayıb”.

“İnterfax”-a istinadən xəbər görə, bu sözləri Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi fondun saytında dərc edilmiş müsahibəsində deyib.

“Manatın məzənnəsinə düzəlişlərin edilməsi neftin ucuzlaşmasından sonra Azərbaycan iqtisadiyyatının sabitləşməsində həlledici rol oynayıb.

Neftin qiymətinin ucuzlaşmasına uyğun olaraq manatın devalvasiyası izafi xarici disbalansın yaranmasının qarşısını almağa, rəqabət qabiliyyətini bərpa etməyə və valyuta ehtiyatlarının tükənməsi prosesini dayandırmağa kömək edib”, – deyə o bildirib.

Missiya rəhbəri qeyd edib ki, neftin ucuzlaşmasının yaratdığı şok milli valyutanın məzənnəsinə və valyuta ehtiyatlarına güclü təsir göstərib ki, bu da qismən valyuta tənzimlənməsinin əvvəlki rejimi ilə bağlı olub.

2016-cı ildə bu cür şokların öhdəsindən daha yaxşı gəlmək üçün valyuta tənzimlənməsi üzrə yeni rejimə keçən Azərbaycan hökuməti mübadilə məzənnəsində böyük çevikliyə nail olub.

“2015-ci ildə devalvasiya rəqabət qabiliyyətinin bərpası və ehtiyatların saxlanması üçün zəruri olub, eləcə də banklara mənfi təsir göstərib və dollarlaşmanın artmasına səbəb olub. Nəticədə bu, qeyri-neft sektorunun inkişafının zəifləməsinə gətirib çıxarır”, – deyə o vurğulayıb.

M.Qorçinin sözlərinə görə, dünyada neftin ucuzlaşması Azərbaycanda ixrac gəlirlərinin, karbohidrogen satışından əldə edilən mənfəətin, birbaşa xarici investisiyaların, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin və müvafiq olaraq dövlət investisiyalarının azalmasına sürətlə və birbaşa təsir edir.

Oxu.Az

Son xəbərlər
Digər xəbərlər