İyunun 12-dən Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyanın yeni rəhbəri Natalia Tamirisanın Bakıya səfəri başlayır.
Bu barədə “Report” agentliyinə qurumun Bakı ofisindən məlumat verilib.
Məlumata görə, səfərin məqsədi IMF-nin Əssnaməsinin IV Maddə üzrə məsləhətləşmələri aparmaq və ölkə iqtisadiyyatında aparılan islahatları müzakirə etməkdir.
Hökumətlə məsləhətləşmələr iyunun 27-dək davam edəcək.
Xatırladaq ki, N.Tamirisanın missiyanın rəhbəri vəzifəsində Azərbaycana ilk səfəri aprelin 10-11-də baş tutub.
1992-ci il sentyabrın 18-dən IMF-in üzvü olan Azərbaycan 2006-cı ildən etibarən bu təşkilatdan kredit almayaraq məsləhətləşmələr və maktoiqtisadi siyasətlə bağlı texniki missyalar çərçivəsində əməkdaşlıq edir.