“Qlobal iqtisadiyyatda vəziyyət son dərəcə qeyri-sabitdir və resessiyanı istisna etmək olmaz”.
Bunu Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgiyeva “Reuters” agentliyinə müsahibəsində “2022-ci il çətin olacaq, lakin 2023-cü il daha da çətin olacaq. 2023-cü il üçün tənəzzül riskləri artıb. İqtisadi yavaşlama qaçılmaz ola bilər”-deyə, o bildirib.
Onun sözlərinə görə, qlobal iqtisadiyyatda vəziyyət BVF-nin müvafiq hesabatının dərc edildiyi aprel ayı ilə müqayisədə xeyli pisləşib.
Fond rəhbəri bunun qlobal inflyasiya, yüksək faiz dərəcələri, Çində iqtisadi ləngimə, Ukraynadakı vəziyyətlə bağlı sanksiyaların tətbiq edilməsi olduğunu izah edib.