Milli məhkəmə Beynəlxalq Valyuta Fondunun (BVF) keçmiş direktoru və İspaniyanın keçmiş maliyyə naziri Rodriqo Rato 4,5 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş nazir maliyyə maxinasiyalarında ittiham edilib.
Banker.az saytı Ria Novosti-ə istinadən xəbər verir ki, məhkəmə həmçinin Ratonun Caja Madrid-ə rəhbərlik etməkdə sələfi Migel Bles-ə 6 il, Caja Madridin keçmiş maliyyə direktoru İldefonso Sançes Barkoxa isə 2,5 il həbs qəti imkan tədbiri görüb.
Daha əvvəl məlumat verilirdi ki, İspaniyanın Milli məhkəməsinin hakiminin qərarına görə Rato ilə ittiham olunanlar skamyasında hələ 65 nəfər də əyləşəcək. Bütün bu şəxslər Caja Madrid (daha sonradan Bankia) şirkətinin “qara kart” adlandırılan və vergi xidmətlərindən gizlənmək üçün vəsaitlərdən istifadə etməkdə günahlandırılır.
Caja Madrid və Bankia-nın onlarla yüksək vəzifəli rəhbərləri 1999-cu ildən 2012-ci ilə qədər bu kartlarda 15,5 milyon avro vəsait saxlayıb. Bu vəsaitlər əmək haqqı qismində nəzərdə tutulmayıb və onların şəxsi xərclərinin ödənilməsinə sərf olunub. Bununla belə, Caja Madrid və Bankia rəhbərləri bu pulların məhz nəyə xərcləndiyi barədə hesabat verməli deyildilər. Rato 2011-ci ilin mart ayında spirtli içkilərə 3,547 min avro, mehmanxanada 5 gün gecələmək üçün isə 2,169 min avro xərcləyib. Bundan başqa, o Bankia şirkətinə rəhbərlik etdiyi müddətdə hər zaman kartdan pul çıxarıb. Bu məbləğin orta həcmi isə 17 min avro təşkil edirdi.
Bu məsələ ilə bağlı şübhəli bilinən şəxslərin bir qismi artıq vəsaitləri ispan xəzinəsinə geri qaytarıb.
2012-ci ildə 10 milyon müştəriyə sahib Caja Madrid-i xilas etmək dövlətə 23 milyard avroya baha başa gəlmişdi.