25 C
Baku
Wednesday, October 5, 2022

BVF-nun Paris ofisində partlayış baş verib

Banker.az saytının Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, Beynəlxalq Valyuta Fondunun (BVF) Parisdə yerləşən ofisində partlayış baş verib. Verilən məlumatlara görə, partlayışın səbəbi içərisində partlayıcı maddə olan zərfin açılması olub.

Hadisə nəticəsində zərfi açan 66 yaşlı mühafizə işçisi xəsarət alıb. Belə ki, o əlindən və üzündən travma alıb.

Ofisin yerləşdiyi bina isə zərər görməyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır və tezliklə insident haqqında geniş məlumat veriləcək.

Son xəbərlər
Oxşar xəbərlər