10 C
Baku
Monday, December 9, 2024

BVF: “Ölkələr dollardan tədricən imtina etsə də, onun alternativi yoxdur”

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva hesab edir ki, dolların dünyada ehtiyat valyuta kimi rolu getdikcə azalır, lakin yaxın gələcəkdə onun alternativi olmayacaq, Banker.az bu barədə Banki.ru-ya istinadən xəbər verir.

“Bəli, dollardan tədricən imtina var. Əvvəllər dollar ehtiyatların təxminən 70%-ni təşkil edirdisə, indi bu rəqəm 60%-dən bir qədər aşağıdır”, – deyə Kristalina Georgiyeva vurğulayıb.

BVF-nin bununla bağlı heç bir qorxusu yoxdur, çünki ABŞ iqtisadiyyatı etibarlı olaraq qalır. “Ona görə də mən heç bir alternativ görmürəm. Onların yaxın gələcəkdə meydana çıxacağını düşünmürəm”, – BVF rəhbəri bildirib.

Dolların ucuzlaşacağını proqnozlaşdıranlardan biri də iqtisadçı Nuriel Roubinidir. Keçən fevralda o, növbəti onillikdə ABŞ-ın Çinlə artan rəqabəti səbəbindən dolların əsas ehtiyat valyutası rolunun azalacağını proqnozlaşdırmışdı. Eyni zamanda, Roubinin fikrincə, əgər Çin hakimiyyəti kapitalın hərəkətinə və məzənnəyə eyni dərəcədə sərt nəzarəti davam etdirsə, yuan dolları əvəz edə bilməyəcək.

Son xəbərlər
Digər xəbərlər