Pandemiya demək olar ki, bütün ölkələrdə maliyyə vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsinə səbəb olacaqdır. Banker.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) çərşənbə günü açıqlanan hesabatında deyilir.
“Covid-19 virusunun yayılması və ondan irəli gələn maliyyə-iqtisadi nəticələr, bütün dünya ölkələrində dövlət borcunun əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq. İstehsalın azalması səbəbindən büedcə gəlirləri sürətlə azalacaq. İndiyə qədər görülən tədbirləri nəzərə alaraq, 2020-ci ildə saldonun pisləşməsi gözlənilir”, – iqtisadçılar vurğulayırlar.
Ən çox da bu tendensiya inkişaf etmiş ölkələrdə özünü büruzə verəcək.