6 C
Baku
Tuesday, December 24, 2024

BVF qlobal dövlət borcunun bu il $100 trln.-u ötəcəyini proqnozlaşdırır

Bu il dünya ölkələrinin ümumi dövlət borcunun 100 trilyon ABŞ dollarını ötəcəyi gözlənilir.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında bildirilir.

Hesabata əsasən, qeyd olunan göstərici qlobal ÜDM-in təxminən 93%-ni təşkil edəcək.

Ehtimal olunur ki, dünya ölkələrinin dövlət borcunun artması onilliyin sonuna qədər davam edəcək və qlobal ÜDM-in 100%-nə çatacaq.

“Ölkələrin təxminən üçdə ikisində borcun sabitləşməsi və ya azalması proqnozlaşdırılsa da, o (dövlət borcu – red.), pandemiyadan əvvəl gözləniləndən xeyli yüksək olaraq qalacaq”, – hesabatda qeyd olunur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər