8 C
Baku
Sunday, November 17, 2024

BVF: “Qlobal inflyasiya templəri tədricən hədəfə qayıdır”

Beynəlxalq Valyuta Fondu (BVF) hesab edir ki, qlobal inflyasiya templəri tədricən hədəfə qayıdır və qlobal iqtisadiyyat tənəzzüldən qaçaraq yumşaq eniş etmək şansına malikdir.

Bunu Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgiyeva deyib.

“Biz indi 2024-cü ildə yumşaq eniş etmək vəziyyətindəyik. Başqa sözlə, inflyasiya tənəzzülə səbəb olmadan tədricən hədəf səviyyələrə qayıdır. Bu, çox yaxşı xəbərdir”, – BVF rəhbəri bildirib.

Eyni zamanda, o qeyd edib ki, qlobal iqtisadiyyatla bağlı proqnozlara təsir etməkdə davam edən geosiyasi amillər mövcuddur:

“Və geosiyasi gərginliklər artıq qlobal artım proqnozlarına kölgə salan bəzi parçalanmalara gətirib çıxarıb”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər