Beynəlxalq Valyuta Fondu (IMF) 2023-cü ildə qlobal ümumi daxili məhsul (ÜDM) istehsalının 2.9 % artacağını proqnozlaşdırır.
Bu barədə IMF-nin “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatının yenilənmiş yanvar sayında bildirilib.
Sənədə əsasən, qlobal ümumi daxili məhsul (ÜDM) istehsalının 2024-cü ildə 3.1 % səviyyəsində artacağı gözlənilir.
IMF inkişaf etmiş iqtisadiyyatlarda ÜDM artımının bu il 1.2 %, gələn il 1.4 %, inkişaf etməkdə olan bazar iqtisadiyyatlarda isə müvafiq olaraq 4 % və 4.2 % olması proqnozlaşdırılır.
Bu il Yaxın Şərq və Mərkəzi Asia regionunda ÜDM istehsalının 3.2 %, 2024-cü ildə isə 3.7 % artacağı proqnozlaşdırılır.