BVF qlobal iqtisadiyyatın “təsirli bərpasını” proqnozlaşdırıb

Beynəlxalq Valyuta Fondu (BVF) koronavirusun “delta” növünün yayılmasına baxmayaraq, qlobal iqtisadiyyatın 2021-ci ildə “təsirli şəkildə bərpa olunacağını” proqnoz edib. Banker.az xəbər verir ki, bu barədə BVF-nin icraçı direktoru Kristalina Georgiyeva məlumat verib.

“Yeni ştammın bizə müəyyən narahatlıq verməsinə baxmayaraq, 2021-ci ildə təsirli bərpanın olacağını proqnozlaşdırırıq”, – deyə Kristalina Georgiyeva qeyd edib.

Onun sözlərinə görə, 2021-ci ildə qlobal iqtisadi böyümə proqnozu apreldə olduğu kimi 6% səviyyəsində qalıb. “Aprel və iyul ayları arasındakı dövrdə bu 6%-in tərkibi dəyişib. Hal-hazırda biz bəzi ölkələrdə böyümənin daha sürətli olduğunu proqnozlaşdırırıq. Bəzilərində isə bu daha yavaş olacaq”, – deyə Georgiyeva vurğulayıb.

“Fərq nədədir? Hər şeydən əvvəl, vaksinasiyanın effektivliyində, o cümlədən bu tədbirləri görmək üçün maliyyə fondlarının mövcudluğunda”, – BVF-nin icraçı direktoru əlavə edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.