Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna hadisələri və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən qlobal maliyyə böhranının ilkin şərtlərini hələ də görmür.
RİA “Novosti” xəbər verir ki, bunu BVF-nin baş direktoru Kristalina Qeorqiyeva deyib.
“İndi yox. Bankların Rusiya ilə münasibətlərinə nəzər saldıqda, bu, təxminən 120 milyard dollardır. Cəmi cüzi məbləğ deyil, lakin sistem baxımından qətiyyən əhəmiyyətli deyil”, – o, CBS telekanalına müsahibəsində deyib.
BVF-nin baş direktoru əlavə edib ki, BVF 2022-ci il üçün artım proqnozlarını aşağıya doğru yenidən nəzərdən keçirəcək, lakin bu, hələ də müsbət olacaq. Belə ki, ABŞ kimi koronavirus pandemiyasının təsirindən tez sağalmış ölkələrdə artım əhəmiyyətli olacaq.