13 C
Baku
Saturday, April 27, 2024

BVF: “Qlobal ÜDM ildə 1.5% azalacaq”

Dünyada ticarətin ayrı-ayrı bloklara parçalanması səbəbindən qlobal ümumi daxili məhsul ildə 1.5% azalacaq. Eyni zamanda, Asiya və Sakit Okean ölkələrində iqtisadiyyatların tənəzzül tempi iki dəfə yüksək olacaq.

Bunu Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgiyeva bəyan edib.

Onun sözlərinə görə, qlobal iqtisadiyyatın bir neçə bloka bölünməsindən ən çox itirən Asiya ölkələri olacaq:

“Buna səbəb bu regionda ticarətin aparıcı rolu ilə bağlıdır. Eyni zamanda, Ümumdünya Ticarət Təşkilatının mərkəzi rolunu nəzərə alaraq dünya ticarətinə açıq yanaşma qorunmalıdır”.

Oktyabrın 10-da Kristalina Georgiyeva bildirib ki, 2023-cü ildə tənəzzül qlobal ÜDM-in cəmi üçdə birini təşkil edən ölkələri təhdid edir. Eyni zamanda, 2026-cı ilə qədər qlobal iqtisadiyyatın ümumi itkiləri 4 trilyon dollara çatacaq.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər