25 C
Baku
Saturday, July 27, 2024

BVF rəhbəri dələduzluqda şübhəli bilinir

Siyasi dələduzluqda şübhəli bilinən Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristian Laqard Fransada məhkəmə qarşısına çıxarılacaq. APA-nın xəbərinə görə, bu barədə “Reuters” məlumat yaysa da, xəbər  hələlik rəsmən təsdiqlənməyib.

Məlumata görə, Fransada Kristian Laqard barəsində istintaq hərəkətlərinə başlanılıb. Kristian Laqard Nikolya Sarkozinin prezidentliyi dövründəki digər hökumət nümayəndələri ilə birlikdə fransalı milyarder Bernar Tapiyə qarşı başlanan prosesə cəlb edilib.

Söhbət  Bernar Tapi və “Lion krediti “ bankı arasında arbitraj çəkişməsinə dair aparılan istintaqdan gedir. Arbitrajın qərarına əsasən,  Bernar Tapiyə  2008-ci ildə dövlət büdcəsindən 400 mln avro məbləğində kompensasiya verilib.

İş üzrə artıq bir neçə yüksək vəzifəli məmur və keçmiş hakim dələduzluqda ittiham olunublar. Beynəlxalq Valyuta Fondunun rəhbəri və Fransanın sabiq iqtisadiyyat naziri Kristian Laqard iş üzrə şübhəli qismində cəlb edilib.

Son xəbərlər
Digər xəbərlər