1 C
Baku
Cümə, Yanvar 21, 2022

BVF rəhbəri dünya tənəzzülünün başladığını elan etdi

Koronavirus pandemiyası dünya iqtisadiyyatını tənəzzülə uğradıb.

Banker.az xəbər verir ki, bu haqda Beynəlxalq Valyuta Fondunun (BFV) idarəedici direktoru Kristalina Georgieva CNBC-yə verdiyi müsahibədə bildirib.

Tənəzzülün nə qədər dərin və uzun olacağı iki amildən asılıdır: ölkələrin virusun yayılmasının qarşısını necə alacağı və iqtisadi böhrana qarşı reaksiyanın nə dərəcədə təsirli olması.

Georgieva ölkələrin rəhbərliyinə pandemiyanın nəticələrini azaltmaq üçün qətiyyətli tədbirlər görməyi tövsiyə edib. “Gördüklərim məni çox ruhlandırır. Mən görürəm ki, böhranın öhdəsindən gəlməsək, indiki vəziyyətdən heç vaxt çıxa bilməyəcəyik”, BVF-nun rəhbəri qeyd edir. Onun fikrincə, “nəhəng böhran” şəraitində kiçik tədbirlərlə məhdudlaşmaq olmaz.
Xatırladaq ki, çərşənbə günü keçirilən mətbuat konfransında Kristalina Georgieva, inkişaf etməkdə olan ölkələrin pandemiyanı aradan qaldırmaq üçün ən azı 2,5 trilyon dollara ehtiyacı olduğunu söyləmişdir.

Qeyd edildiyi kimi, ölkələrin daxili ehtiyatları bunun üçün kifayət etməyəcək, buna görə BVF və digər qurumlardan əlavə maliyyə cəlb olunacaq, bu haqda “Reuters” xəbər agentliyi yazır.
Ötən həftə BVF yeni koronavirusun humanitar və iqtisadi təsiri ilə mübarizə aparan ölkələrə kömək etmək üçün 1 trilyon dollarlıq kredit potensialından istifadə etməyə hazır olduğunu açıqlayıb. 

Son xəbərlər
Oxşar xəbərlər