11 C
Baku
Friday, November 15, 2024

BVF Rusiya bank sistemində stress-test keçirib

Beynəlxalq Valyuta Fondu (BVF) Rusiya bank sistemində keçirdiyi stres-testin nəticələrini açıqlayıb. 

“Kommersant” qəzeti xəbər verir ki, BVF-nin rəsmi saytında dərc olunan hesabata görə, Rusiya Mərkəzi Bankı (Rusiya Bankı) hətta ən çətin iqtisadi şəraitdə belə idarəetmədə çətinlik çəkməyəcək. Belə ki, stres-testdə neft qiymətlərinin qısa müddət ərzində 19 dollar, orta müddətdə isə 25 dollar/barelə düşməsi halında da Rusiya Bankı bank sektorunda vəziyyəti stabil saxlaya biləcək. Ən pis ssenaridə BVF 2020-ci ilə qədər Rusiya bank sisteminin ÜDM-nin 4,5%-i qədər yenidən kapitallaşmaya ehtiyacı olacağını bildirib.

Xatırladaq ki, BVF “Maliyyə sisteminin dayanıqlılığının sistem təhlili” (FSAP) çərçivəsində stres-testlərini 5 ildə bir keçirir. Bundan başqa, Fond açıqladığı hesabatda Rusiya bank sektorunun həcminin ÜDM-nin 110%-nə bərabər olduğunu, bunun da Rusiya ilə eyni kateqoriyaya aid olan ölkələrlə (Çin, Hindistan, Braziliya və Türkiyə) müqayisədə aşağı göstərici sayıldığını qeyd edib.

BVF hazırda Rusiya bank sektorunun kapital kəsirinin ÜDM-nin 0,3%-nə bərabər olduğunu, bunun da böyük bir rəqəm olmadığını vurğulayıb. Stress-test 2020-ci ilə qədər neft qiymətlərinin 37-40 dollar/barelə yüksələcəyini, ÜDM-nin isə 1% artacağını göstərib. Testdə rublun 20% devalvasiyası, bank sektorundan 30% depozit axınını, banklararası bazarın 2 dəfə daralacağını, likvid aktivlərin dəyərinin 5-20% azalacağını, fond birjasının 30% düşəcəyini nəzərdə tutub.

Fond, dövlət banklarının uzun müddətli perspektivdə özəlləşdirilməsini tövsiyyə edib. “Vneşekonombank”ın sanasiya problemini hesabatdan kənar Rusiya höküməti ilə müzakirə edən BVF, bankın 2020-ci ilə qədər kapital təminatını ÜDM-nin 2%-i qədər olacağını ehtimal etdiklərini deyib.

Report

Son xəbərlər
Digər xəbərlər