10 C
Baku
Wednesday, December 11, 2024

BVF Şərqi Avropa ölkələri üçün iqtisadi artım proqnozlaşdırır

Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropa ölkələrində (MDB istisna olmaqla) 2016-cı ildə iqtisadi artım müşahidə olunacaq. Report Beynəlxal Valyuta Fondunun (BVF) hesabatına istinadən xəbər verir ki, xarici tələbatın zəifləməsinə baxmayaraq, bölgə ölkələri dayanıqlı iqtisadi artım tempi nümayiş etdirəcək. Region ölkələrinin bir çoxunda iqtisadi artım tempinin 3-4% təşkil edəcəyi proqnozlaşdırılır. İqtisadi artımın əsasən monetar siyasət tədbirləri, maliyyə şəraitinin yaxşılaşdırılması və real əmək haqlarının artırılması hesabına baş verəcəyi bildirilir.

BVF-nin hesabatında Şərqi Avropa regionunda yerləşən MDB ölkələrinin isə 2016-cı ildə 1,5% iqtisadi geriləmə göstərəcəyi ehtimal olunur. Qeyd edək ki, bu, 2015-ci ildəki 4,25%-lik geriləmədən xeyli yaxşı göstəricidir. MDB ölkələrinin iqtisadi geriləməsinə əsas səbəb kimi siyasi qeyri-sabitlik və Rusiya tərəfindən tələbatın azalması amilləri göstərilib.

BVF Rusiya iqtisadiyyatında 2016-cı ildə iqtisadi geriləmə üzrə proqnozunu 1%-dən 1,8%-ə artırıb, Ukraynada isə 2%-dən 1,5%-ə endirib.

BVF regiondakı iqtisadi artım tempinin aşağı düşə biləcəyi ilə bağlı ehtimal olunan risklərin 2015-ci ilin son rübündə başladığını və Avrozona ilə ABŞ iqtisadiyyatındakı yavaşlama, həmçinin inkişaf etməkdə olan ölkələrdəki maliyyə problemləri ilə əlaqələndirir.

Son xəbərlər
Digər xəbərlər