28 C
Baku
Saturday, July 27, 2024

BVF tarixində ilk – Britaniyalı rəhbər ola bilər

Böyük Britaniyanın sabiq maliyyə naziri Corc Osborn Kristin Laqardın Avropa Mərkəzi Bankının növbəti rəhbəri postuna namizəd kimi irəli sürülməsindən sonra vakant olan Beynəlxalq Valyuta Fondunun (BVF) sərəncamverici direktoru vəzifəsinə namizdəliyini irəli sürmək niyyətindədir.

Bu barədə “Report”Agentliyi “Kommersant”a istinadən xəbər verir.

Mühafizəkarlar Partiyasının üzvü Corc Osborn 2010-2016-cı illərdə Devid Kemeronun hökumətində Britaniya xəzinədarlığını idarə edib. D.Kemeronun 2016-cı ildə Britaniyanın Aİ-dən çıxışı ilə bağlı referendumdan sonra istefa verməsi ilə D.Osborn da vəzifəsindən olub və yalnız parlamentin üzvü kimi fəaliyyətini davam etdirib.

Qeyd edək ki, D.Osborn BVF-nin İdarə Heyəti üzvlərinin dəstəyini ala bilsə, təşkilatın 75 illik tarixində ona rəhbərlik edəcək ilk britaniyalı olacaq. BVF-yə daha çox – 5 dəfə Fransa nümayəndəsi rəhbərlik edib.

Son xəbərlər
Digər xəbərlər