BVF: “Texnologiya nəhəngləri maliyyə sisteminin sabitliyini azalda bilərlər”

0

BVF qeyd edir ki, iri texnologiya şirkətləri kredit və ödəmə sistemini modernləşdirirlər. 

Bununla belə, bütün bunlar istifadəçilərin məlumatlarının məxfiliyinə və kiçik sayda mega-korporasiyaların artan təsirinə dair narahatlıq doğurur.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Banker.az xəbər verir ki, son illərdə, “Amazon” və “Facebook” un maliyyə sektorunun işğalı ilə bağlı şayiələr güclənir. Top menecerlərin əksər hissəsi elə hesab edir ki, böyük bankların tənzimləmə tənzimləyici sisteminin etibarlılığı texnoloji nəhənglərin hücumuna qarşı dayanıqlı ola biləcək.

Buna baxmayaraq, nəticə etibarilə “maliyyə landşaftının əhəmiyyətli dərəcədə məhv edilməsini gözləyə bilərik” . “Onlar böyük müştəri bazalarını istifadə edərək, insanlara süni intellekt əsasında müxtəlif maliyyə məhsullarını təklif edəcəklər”, – deyə BVF-nun rəhbəri olan Christine Lagarde bildirib.

Lagarde hesab edir ki, bu işdə ilk növbədə Çin şirkətlərinin müvəffəqiyyətli olacaqlarına inanır. Rəqəmsal ödənişlər sahəsində ölkədə “WeChat Pay” və “Ant Financial Alipay” liderlik edir.

“Son 5 il ərzində Çində texnologiya şirkətlərinin inkişafı son dərəcə uğur qazanıb və milyonlarla yeni üzvün maliyyə məhsullarına çıxmasına və keyfiyyətli iş yerlərinin açılmasına imkan yaranıb. Lakin bu da mobil ödəniş bazarında iki şirkət tərəfindən nəzarət olunmasına gətirib çıxarıb – onlar bazarın 90%-ni ələ keçiriblər”, – Lagarde deyib.

“Amazon”, “Google”, “Facebook” və “Apple” öz ödəniş sistemlərini inkişaf elətdirsələr də, onların rəqəmsal cüzdanları o qədər də geniş yayılmayıb. Buna baxmayaraq, “Amazon”, “Google” və “Facebook” Hindistanda ödəniş sektorunun bir hissəsini almaq niyyətindədirlər. “Facebook” ticarət və pul köçürmələri üçün istifadə edilə bilən kriptovalyuta üzərində çalışır.

Öz imkanlarını genişləndirən texnologiya şirkətləri, bu da hökumətlərin diqqətini cəlb edir. Son onillikdə Avropa İttifaqı “Google” şirkətini antimonopoliya qanunvericiliyini pozmaqda ittiham edərək, 9,5 milyard dollara qədər cərimə edib.

Dünyanın ən böyük iqtisadiyyatları texnologiya şirkətlərinə qarşı yeni tariflər tətbiq edə bilərlər. Bu sahədə əsas lider isə Çin olacaq.