7 C
Baku
Monday, February 6, 2023

BVF Türkiyə iqtisadiyyatı üçün artım proqnozlarını artırıb

Beynəlxalq Valyuta Fondu (BVF) Türkiyə iqtisadiyyatı üçün artım proqnozlarını 2022-ci ildə 2.7 faizdən 4 faizə, 2023-cü ildə isə 3 faizdən 3.5 faizə qaldırıb.

Trend-in məlumatına görə, BVF “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” adlı hesabatını yeniləyib.

Hesabatda Türkiyə iqtisadiyyatı üçün bu il 4 faiz, gələn il isə 3.5 faiz artım proqnozu müəyyənləşdirilib.

BVF-nin aprel ayında açıqladığı proqnozlarda Türkiyə iqtisadiyyatının 2022-ci ildə 2.7 faiz, 2023-cü ildə isə 3 faiz artacağı proqnozlaşdırılıb.

Qlobal iqtisadi artım proqnozlarının aşağı salındığı hesabatda qlobal iqtisadiyyatın bu il 3.2 faiz, gələn il isə 2.9 faiz artacağı proqnozlaşdırılır.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər
X