Ukrayna və Beynəlxalq Valyuta Fondu (BVF) təxminən 8,2 milyard dollar dəyərində yeni dördillik genişləndirilmiş maliyyələşdirmə mexanizmi (EFF) çərçivəsində saziş bağlayıb. Bu barədə BVF-in mətbuat xidməti məlumat verib.
Saziş makroiqtisadi sabitliyin qorunması, dövlət borcunun qəbul edilə bilən səviyyəyə qaytarılması və korrupsiya ilə mübarizənin gücləndirilməsi tədbirlərini əhatə edir. BVF qeyd edir ki, proqram Ukraynanın maliyyə çatışmazlığını ödəmək üçün genişmiqyaslı xarici dəstək cəlb edəcək.
BVF-in hesablamalarına görə, Ukraynanın 2026–2029-cu illər üçün ümumi maliyyələşdirmə çatışmazlığı 136,5 milyard dollar təşkil edəcək, bunun 63 milyard dolları 2026–2027-ci illərə düşür.
Saziş ilkin şərtlər yerinə yetirildikdən sonra BVF-in icraiyyə şurasına təqdim olunacaq və göstərildiyi kimi, Rusiya–Ukrayna münaqişəsinin nizamlanmasında əldə olunan irəliləyişdən asılı olaraq dəyişdirilə bilər.






