11 C
Baku
Wednesday, November 13, 2024

BVF Ukrayna üçün 900 mln. dollarlıq tranşın ayrılmasını təsdiqləyib

Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna üçün 900 milyon dollar ekvivalentində tranşın ayrılmasını təsdiqləyib. Qərar Ukrayna üçün genişləndirilmiş maliyyələşdirmə proqramı çərçivəsində sazişin nəzərdən keçirilməsindən sonra qəbul edilib.

BVF və Ukrayna təxminən bir ay əvvəl 900 milyon dollarlıq tranşla bağlı ilkin razılığa gəliblər. Fond Kiyevin 2024-cü ildə xarici maliyyə ehtiyaclarını 42 milyard dollar səviyyəsində qiymətləndirib.

2023-cü ilin martında BVF Ukraynaya dörd il müddətinə 15.6 milyard dollar məbləğində kredit verilməsini təsdiqləyib. Məbləğin 2.7 milyard dolları apreldə, 890 milyon dolları isə iyun ayında ayrılıb.

Son xəbərlər
Digər xəbərlər