13 C
Baku
Friday, March 29, 2024

BVF Ukraynaya 15.6 mlrd. dollar kredit verəcək

Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna üçün çoxillik kredit proqramını təsdiqləyəcək. Onun məbləği 15.6 milyard dollar təşkil edəcək. Fond proqramın elanını yaxın vaxtlarda elan etmək niyyətindədir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Financial Times” (FT) qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, BVF nümayəndələri ilə Ukrayna hökuməti arasında danışıqlar martın 8-15-də Varşavada baş tutub. Fondun nümayəndəsinin sözlərinə görə, tərəflər “fond tərəfindən dəstəklənən proqramın əsasını təşkil edə biləcək bir sıra yanaşmalar”ın razılaşdırılmasında “əhəmiyyətli irəliləyiş” əldə ediblər.

Ukrayna Maliyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin büdcə layihəsində 38 milyard dollarlıq kəsir var.

Son xəbərlər
Digər xəbərlər