Beynəlxalq Valyuta Fondu (BVF) və Ukrayna hakimiyyəti ölkənin dördüncü iqtisadi icmalı çərçivəsində ilkin razılıq əldə edib.
Bu barədə BVF-nin bəyanatında deyilir.
Qeyd olunub ki, 2023-cü ilin martında təsdiqlənmiş Genişləndirilmiş Kredit Mexanizmi (EFF) vasitəsilə Kiyevə 2,2 milyard dollar məbləğində yeni maliyyə yardımı tranşının göndərilməsi ilə bağlı yekun qərar tezliklə veriləcək.
Tərəflər dörd illik EFF mexanizminin auditinin nəticələrinə əsasən ilkin razılığa gələ biliblər.
“Fondun icraçı direktorlar şurasının təsdiqindən sonra Ukrayna təxminən 2,2 milyard dollar məbləğində vəsaitə çıxış əldə edəcək”, – bəyanatda deyilir.