Beynəlxalq Valyuta Fondu bu il qlobal ümumi daxili məhsulun (ÜDM) 4,8 % artacağını proqnozlaşdırıb.
Bu barədə BVF-nin “World Economic outlook update-2022” hesabatının iyul sayında bildirilib.
Qeyd edilib ki, bu göstərici 2021-ci ilin faktiki göstəricisinə nisbətən 1 faiz bəndi azdır.
BVF həmçinin 2023-cü ildə Azərbaycanın da daxil olduğu Yaxın Şərq və Mərkəzi Asiyanın iqtisadi artımla bağlı proqnozunu 3,5 % (2,3 faiz bəndi az) müəyyən edib.