İlin sonuna qədər bütün ölkələrin ümumi borcu qlobal ÜDM-nin 99 faizinə yaxınlaşacaq. Pandemiya yoxsulluğu və dünya əhalisinin həssas təbəqələrinin vəziyyətini daha da ağırlaşdıracaq, bəzi ölkələr iqtisadi böhran astanasında olacaq.
Banker.az xaru barədə Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Qita Qopinat və büdcə departamentinin direktoru Vitor Qasparın birgə məqaləsində deyilir.
Məqalədə həmçinin pandemiya səbəbindən qlobal borc göstəricilərinin görünməmiş yüksəkliklərə çatacağı bildirilir. Mövcud vəziyyəti ağırlaşdıran səbəblərdən biri də koronavirusa qarşı vaksinasiyanın ölkələr üzrə qeyri-bərabər paylanmasıdır. Mütəxəssislərin sözlərinə görə, bu boşluğu aradan qaldırmaq üçün qətiyyətli tədbirlər görülməsə, COVID-19 həyatları məhv etməyə davam edəcək, o cümlədən uzunmüddətli investisiyalara ziyan vuracaq.
Qeyd edək ki, indiyədək BVF böhrana cavab olaraq 85 ölkəyə 117 milyard dollarlıq maliyyələşdirmə proqramları, habelə borc xidməti güzəştləri təqdim edib.