36 C
Baku
Tuesday, August 5, 2025

BYD səhmləri satışların azalması fonunda ucuzlaşır

Dünən, avqustun 4-də BYD səhmləri Honq-Konq birja ticarətində 4%-dən çox ucuzlaşıb. Bu, Çin şirkətinin satışlarının son 17 ayda ilk dəfə azalması ilə əlaqələndirilir.

Xatırladaq ki, avqustun 1-də BYD müştərilərə 341 min avtomobil (həm elektrik, həm də hibrid modellər) tədarük etdiyini açıqlayıb. Bu, ötən illə müqayisədə cəmi 0.06% çoxdur, lakin 377 min avtomobilin satıldığı iyun ayı ilə müqayisədə demək olar ki, 10% azdır. Eyni zamanda, hibrid modellərin satışları 22.6% azalıb.

Satışların azalması yay mövsümü üçün xarakterik olsa da, indiki azalma hökumətin avtomobil istehsalçılarına təzyiqi ilə bağlı ola bilər. BYD indiyədək yüksək satış rəqəmlərinə əsasən elektrik avtomobillərində əhəmiyyətli endirimlər sayəsində nail olub.

Bununla belə, artıq iyunun əvvəlində Çin hakimiyyəti bu cür aqressiv qiymət müharibəsi və dempinqinin yolverilməzliyi barədə xəbərdarlıq edib. Bundan sonra təkcə BYD deyil, həm də “Li Auto” (keçən illə müqayisədə demək olar ki, 40%) və “Nio” (illiklə müqayisədə mənfi 2.7% və iyun ayı ilə müqayisədə mənfi 15%) da satışların azaldığını bildirib.

Son xəbərlər
Digər xəbərlər